Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra hakimiyyətində rayonun 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi keçirildi

19 oktyabr 2016 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Kəlbəcər  Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olundu.
          Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, ziyalılar iştirak etdilər. 
      İclası giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, oktyabrın  7-də Nazirlər Kabinetinin iclasında ilin doqquz ayına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, cari ilin doqquz ayında dünya iqtisadiyyatında böhranlı vəziyyətin davam etməsinə, bütün ölkələrin böhrandan əziyyət çəkməsinə və neftin qiymətinin hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, apardığı düzgün islahatların və gələcəklə bağlı mükəmməl proqramların icrasının  nəticəsi olaraq  Azərbaycanın iqtisadiyyatı yüksələn xətlə inkişaf etmişdir.
     Məruzə ətrafında RİH Başçısı Aparatının informasiya təminatı və təhlili sektorunun müdiri Əli Salahov, Rayon Təhsil şöbəsinin müdiri Elmira Şükürova, Rayon Mərkəzi xəstəxanasınını baş həkimi Mehparə Kazımova çıxış edərək 2016-cı ilin doqquz ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.
     Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyyə və tapşırıqlarını verdi  və bildirdi ki, kəlbəcərli məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər