Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.

12 noyabr 2016 | 16:00

          Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, İcra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərləri  iştirak etdilər.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov  Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı. Aqil Məmmədov  qeyd etdi ki, hər bir dövlətin mövcüdluğunu şərtləndırən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası  təşkil edir.

Konstitusiyamızın qəbul olunmasından ötən 21 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin sanki onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının bu müddətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.Tədbirdə Kəlbəcər rayon Prokuroru Rasim Musayev geniş  məruzə ilə çıxış etdi.         Daha sonra çıxış edənlər Gənclər və İdman idarəsinin rəisi Musa Məmmədov, 2 saylı tam orta məktəbin  müəllimi Ceyhun Musayev Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışdılar.

Keçidlər