Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Bayrağı günü” Kəlbəcər Rayon İcra Hakimiyyətində qeyd olundu.

09 noyabr 2016 | 16:00

    Kəlbəcər rayon İcra hakimiyyətində  9 noyabr “Dövlət Bayrağı Günü” ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov öz nitqində Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin rəmzi olduğunu və hər bir xalqın müqəddəs dövlət rəmzlərindən biri olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövləti qurmağın və ona sahib çıxmağın əsas göstəricilərindən biri olduğunu bildirdi. Aqil Məmmədov dövlət rəmzlərimizin yaradılması, onun formalaşması və geniş ictimayyət tərəfindən mənimsənilməsi Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü siyasəti nəticəsində mümkün olduğunu və bu bayrağın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağını bildirdi.
   Daha sonra YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov geniş məruzə ilə çıxış etdi.
   Məruzə ətrafında çıxış edənlər Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İsa Mustafayev və Kəlbəcər rayon Təhsil şöbəsi Metod mərkəzinin direktoru Zəhra İbrahimova dövlət rəmizlərimizdən biri olan və xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımızın əbədiliyindən danışdılar.

Keçidlər