Almaniyanın Azərbaycandakı Səfiri Gəncə şəhərindəki kəlbəcərli məcburi köçkünlərin məskunlaşdıqları 1500 ailəlik yeni qəsəbəyə səfər etdi.
30 noyabr 2016 | 16:00
30 noyabr 2016-cı il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə məcburi köçkünlərlə görüşən Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Mixael Kindsqrab köçkünlərlə görüşməzdən əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədovla görüşdü. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov qonaqları salamlayaraq rayon haqqında, dövlət rəhbərinin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışdı.
Səfir cənab Mixael Kindsqrab çıxış edərək göstərilən diqqət və qayğıya görə cənab Aqil Məmmədova minnətdarlığını bildirdi.