Kəlbəcər məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində cənub bölgələrinə yola düşdülər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 12-də Kəlbəcər rayon məktəblərinin şagirdləri cənub bölgəsi ilə yaxından tanış olmağa yola salındı. Yolasalma mərasimində Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov, İcra hakimiyyətinin işçiləri, rayon Təhsil idarəsinin işçiləri və valideynlər iştirak etdilər.
Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov məktəblilər qarşısında çıxış edərək yaradılmış şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarının bildirərək qeyd etdi ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən bu tur çərçivəsində şagirlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaq və qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq onların dünyagörüşündə silinməz izlər buraxacaqdır. Onların sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaqdır. İcra başçısı qeyd etdi ki, ölkə rəhbəri tərəfindən şagirdlərə göstərilən bu cür diqqət və qayğıdan onlar maksimum bəhrələnməlidirlər.
Tur-aksiya çərçivəsində məktəblilər Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasının qarşısından 40 nəfər şagird və 5 nümayəndə heyyətindən ibarət qrup Lənkəran şəhərinə yola düşdü.