Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra hakimiyyətində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbiri keçirildi.

30 dekabr 2016 | 16:00

  Tədbirdə Kəlbəcər  rayon İcra Hakimiyyəti Başçısı Aqil Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri  iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısı cənab Aqil Məmmədov tədbirdə  çıxış edərək ötən 2016-cı ildə rayonumuzun sosial-iqtisadi, mədəni həyatında baş verən hadisələr,  görülən işlər barədə ətraflı danışaraq, qarşıdakı 2017-ci ildə görüləcək işlər  barədə  məlumat verdi. 
    Aqil Məmmədov  rayon əhalisini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.

Keçidlər