Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra hakimiyyətində tədbir keçirildi

13 fevral 2017 | 16:00

13 fevral 2017-ci il tarixdə Kəlbəcər  Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi. Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Kəlbəcər  rayon bölməsinin əməkdaşları, müharibə veteranları və gənclərin qatıldığı tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə səmimi təbrikini bildirərək, şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
       Sonra  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər  rayon bölməsinin  rəisi Zöhrab Camalov məruzə ilə çıxış etdi.

Keçidlər