Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə dair həsr olunmuş hesabat yığıncağı keçirildi
01 mart 2017-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətinin AKT zalında “2016-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” rayon İcra hakimiyyəti başçısının hesabatı keçirildi. Yığıncağda rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, icra başçısı aparatının işçiləri, rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin foyesində yerləşən abidəsi önünə gül dəstələri qoyduqdan sonar, ötən il rayonda görülən işlərin əks olunduğu stendlərə baxış keçirtdilər. Sonra hesabat toplantısı iclas zalında davam etdirildi.
İclas acıq elan edildikdən sonra Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov il ərzində görülmüş işlərlə əlaqədar və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş məruzə etdi.