Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyası Kəlbəcər rayon məktəblilərinin xoş xatirələri və zəngin səfər təəssüratları ilə başa çatdı.

20 mart 2017 | 16:00

16–19 mart tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Kəlbəcər rayon məktəblilərindən ibarət  IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər  aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala  şəhərlərinin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illər şəhərdə inşa edilən turizm, istirahət və sosial obyektləri ilə yaxından tanış oldular. Beləliklə, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə maarifləndirici tur-aksiyası Kəlbəcər rayon məktəblilərin xoş xatirələri və zəngin səfər təəssüratları ilə başa çatıb.

Keçidlər