Şriftin ölçüsü :

Saytın rəngi :

2 aprel - Kəlbəcər rayonunun işğal olunmasından 24 il keçir

02 aprel 2017 | 16:00

2017-cı il aprel ayının 2-də saat 11:00-da Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 24-cü ildönümü ilə əlaqədar olaraq  Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış massivində, Kəlbəcər rayon Mədəniyyət sarayında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bildirdi ki,  Erməni silahlı birləşmələri Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində  511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından  artıq  maddi zərər dəymişdir. Natiq  qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirilir. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər cənab Prezidentin rəhbərliyi ilə öz doğma yurdlarını azad etmək və ev eşiklərinə qayıtmaq həsrəti ilə yaşayırlar.
    Tədbirdə çıxış edənlər  Ermənistanın hazırki rəhbərliyinin sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmalarından, torpaqlarımızın işğal olunması faktının Azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa  çalışdıqlarını qeyd etdilər.
      Mərasimdə Kəlbəcər rayonuna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra rayon məktəblilərinin təqdimatında bədii kompozisiya nümayiş etdirildi.  Azərbaycan bayrağı ilə səhnəyə daxil olan hərbiçilərimizin oxuduqları marş hamımıza qələbə gününün yaxında olduğunu bir daha sübut etdi.  Sonda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasına Kəlbəcər rayon ictimaiyyətinin müraciəti qəbul olundu.

Keçidlər