Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.

25 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2017-ci  ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrdən Kəlbəcər rayon İcra hakimiyyətində keçirilən müşavirədə geniş söhbət açıldı. Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar və  icra hakimiyyəti başçısının yerli nümayəndələri iştirak etdilər.
     İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov   2017-ci ilin birinci rübündə Kəlbəcər  rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi.

Keçidlər