Kəlbəcər rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqlərindən irəli gələn vəzifələr Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında müzakirə edilmişdir.
Hesabatda rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Kəlbəcər rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları barədə ətraflı məlumat vermiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Məruzə ətrafında Kəlbəcər rayon İcra hakimiyyətinin məsul işçisi Elnur Hüseynzadə, Kəlbəcər rayon Kənd təsərrüfatı idarəsinin rəisi Rizvan Şəmilov və Kəlbəcər rayon Suvarma sistemləri idarəsinin rəisi Sahib Verdiyev çıxış etmiş, görülən işlər barədə məlumat vermişlər.
Müzakirə olunan məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.