Kəlbəcər rayon Mədəniyyət sarayında Məcburi köçkün icmalarında gender əsaslı zorakılğın qarşısının alınması və cavab tədbirləri barədə seminar kecirildi.
21 iyul 2017 | 16:00
2017-ci il iyul ayının 21-i tarixində BMT Qaçqınların Ali Komissarlığının və Kəlbəcər rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyət” adlı beynəlxalq layihə cərcivəsində tədbir keçirilmişdir. Tədbirdə məcburi köçkün icmalarında gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri, məişət zorakılığına məruz qalan qurbanların aidiyyatı qurumlar tərəfindən təşkil olunmuş müvəqqəti sığınacaqlarda yerləşdirilməsi, onlara hüquqi, tibbi və psixoloji yardımların göstərilməsi barədə müzakirələr aparılmışdır.