Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi və İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin birgə təşkilatçılğı ilə tədbir keçirildi.
09 sentyabr 2017 | 16:00
09 avqust 2017-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən mədəniyyət sarayında Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi və İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Derneğinin birgə təşkilatçılğı ilə “99 Yılında Kafkas İslam Ordusu və Türkiyə Azerbaycan Kardeşliği” adlı tədbir keçirildi.
Tədbirdən əvvəl dərnək üzvləri Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədovla görüşdülər. Daha sonra tədbir mədəniyyət sarayında rayon ictimaiyyətinin nümayəndələri ilə davam etdirildi.