Şriftin ölçüsü :

Saytın rəngi :

15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailəmiz ən böyük dəyərimizdir” mövzusunda tədbir keçirilib.

13 may 2026 | 17:26
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, RİH-in məsul əməkdaşları, Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov, uzunömürlü ailələr, qazilər, ziyalılar, gənclər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov ölkəmizdə həyata keçirilən güclü ailə siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Vurğulayıb ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Bildirib ki, Ümummilli liderimizin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Tədbirdə çıxış edən digər natiqlər Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov, Kəlbəcər rayon 115 və 55 nömrəli tam orta məktəbin psixoloqları, Aygün Qarayeva və Qəzənfər Şahüseynov, Vətən müharibəsi qazisi Elvin Hüseynov 15 may – Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq, cəmiyyətin formalaşmasında və saflaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar.Gənclər arasında,təhsil ocaqlarında ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs ediblər.
Tədbirdə uzunömürlü ailə kimi İsmayıl Əsgərov keçdikləri maraqlı həyat yolundan danışaraq, gənclərə tövsiyələrini verərək,uzunömürlü ailənin sirrinin qarşılıqlı hörmətdə, sevgidə, anlayışda olduğunu, birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu qeyd edib
Keçidlər