Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

30 sentyabr 2017 | 16:00

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
     Tədbir sonra rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
     Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov  prokurorluq işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib,  işlərində uğurlar arzuladı.  Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz  inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
     Sonra rayon prokuroru Rasim Musayev, polis şöbəsinin rəisi Asim Abdullayev  və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinin direktoru Novruz Çıraqov  çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar. 
     Tədbirin sonunda Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xatirə hədiyyəsi təqdim olundu.

Keçidlər