Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" tur-aksiyasınında iştirak edəcək məktəblilərlə görüş keçirildi.

10 noyabr 2017 | 16:00

10.11.2017-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında "Ölkəmizi tanıyaq" tur-aksiyasınında iştirak edəcək  şagirdlərlə görüş keçirildi. Şura üzvlərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ilk öncə cənab Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində respublikamızın dinamik sosial-iqtisadi inkişaf tempinə nail olduğunu qeyd edərək təhsilin, səhiyyənin, idmanın inkişafına, eyni zamanda aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışdı. A.Məmmədov həmçinin keçirilən tur-aksiyanın əhəmiyyətindən danışaraq layihənin əsas məqsədinin şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummiilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək və günü-gündən abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarət olduğunu bildirdi.         Görüşdə çıxış edən məktəblilər və valideynlər də göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirlər.

Keçidlər