Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Konstitutsiya günü qeyd olundu.

11 noyabr 2017 | 16:00

11 noyabr 2017-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin akt zalında 12 noyabr - Konstitutsiya günü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirakı etdilər.
     Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov ilk öncə Konstitutsiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müstəqillik tariximizdə ilk Konstitusiyamızın qəbul edilməsinin demokratik, hüquqi dövlətin quruculuğu baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı və bu Ali Qanunun ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı.Tədbirdə çıxış edənlər Konstitutsiyanın cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik sənəd olduğunu və aparılan Konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını bildirdilər.

Keçidlər