Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin və Kəlbəcər rayon Mərkəzi xəstəxanasının həkimlərinin iştirakı ilə Elmi - Praktiki Konfrans keçirildi.
11 noyabr 2017-ci il tarixdə Respublika Bayraq günü ilə əlaqədar olaraq Gəncə şəhəri 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Kəlbəcər rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə "Səhiyyənin aktual məsələləri: pediatrik, nevroloji, psixiatrik, cərrahi, anestezioloji aspektləri" mövzusunda maarifləndirici Elmi - Praktiki Konfrans keçirildi. Konfransda Səhiyyə Nazirliyinin əməkdaşı, Azərbaycan Tibb Universitetinin xaricdə ixtisaslaşmış mütəxəssisləri, Kəlbəcər rayon Mərkəzi xəstəxanasının, Gəncə və Sumqayıt şəhərlərinin səhiyyə müəssisələrinin həkimləri, Şəki rayon Mərkəzi xəstəxanasının baş həkimi və Mərkəzi Neftçiler Xəstəxanasının xaricde ixtisaslaşmış mütəxəssisləri iştirak etdilər. Tədbirdə çıxış edən səhiyyə işçiləri “Peyvəndlər: Müasir yanaşma”, “Uşaqlarda inkişaf psixopatologiyaları”, “Öd yolu yaralanmaları”, “Anesteziyada periferik sinir blokları” və “Uşaqlarda başağrısı” mövzusunda məruzələr səsləndirilmiş və geniş təcrübə mübadiləsi aparmışlar.
Konfransdan sonra Kəlbəcər rayon Mərkəzi xəstəxanasında məcburi köçkünlərin tibbi müayinə aksiyası keçirildi. Aksiyada 54 nəfər kəlbəcərli məcburi köçkün tibbi müayinədən kecmişdir.