Şriftin ölçüsü :

Saytın rəngi :

17 SENTYABR ŞƏHİD MÖNSÜMZADƏ ORXAN SƏFİYAR OĞLUNUN DOGUM GÜNÜDÜR

18 sentyabr 2026 | 08:44
Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kiçik çavuşu və peşəkar topçusu Mönsümzadə Orxan Səfiyar oğlu, 17 sentyabr 1993-cü ildə Bərdə şəhərindəki 2-ci Ərəb Çadır şəhərciyində məcburi köçkün ailəsində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Orta təhsilini Ağdam rayonunun Birinci Baharlı qəsəbə məktəbində başa vurub. 2011–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.Uşaqlıq arzusu hərbçi olmaq olan Orxan, xidmətini başa vurduqdan sonra 2014-cü ildən etibarən Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAHHXHQ) kimi Ağdamda yerləşən hərbi hissədə fəaliyyətini davam etdirib. 2016-cı il Aprel döyüşlərində top komandiri kimi fəal iştirak edərək düşmənin hərbi maşın karvanını məhv edib.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ilk günlərdən topçu kimi ön cəbhədə vuruşub. Müharibənin ikinci günü, 28 sentyabr 2020-ci ildə Ağdam istiqamətində gedən ağır döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində qəhrəmancasına şəhid olub. Bərdə rayonunun Cəyirli kənd qəbiristanlığında dəfn edilib. Subay idi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğal olunmuş torpaqların azad olunması uğrunda göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aşağıdakı medallarla təltif edilib:"Vətən uğrunda" medalı"Ağdamın azad olunmasına görə" medalı
Allah Rəhmət Eləsin !
Keçidlər