Kəlbəcər rayon İcra Hakimiyyətində Milli Dirçəliş Günü ilə əlaqədar olaraq tədbir keçirildi.
17.11.2017-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətinin AKT zalında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi. Tədbirdə İcra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, icra nümayəndələri iştirak etdilər. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini İkram Salmanov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdıraraq, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Prezident İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.
Sonra mövzu ətrafında çıxışlar oldu. Çıxış edənlər 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik etdilər.