Gürcüstanın Tbilisi şəhərində çalışan Qaçqınlar üzrə regional əlaqələndirici Conatan Heys 01 fevral 2018-ci il tarixdə Gəncədə yerləşən 1500 ailəlik Yeni qəsəbədə kəlbəcərli məcburi köçkünlərlə görüşdü.
01 fevral 2018 | 16:00
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə qonağa məcburi köçkün həyatı yaşayan kəlbəcərlilərin hazırkı durumu barədə məlumat verdi. Görüş Kəlbəcər rayon mədəniyyət sarayında davam etdirildi. Qonaq burada Kəlbəcərin mədəniyyət tarixi, folkloru və musiqi sənəti ilə yaxından tanış oldu. Sonda kəlbəcərli məcburi köçkünlərlə görüşüldü və onların hazırki həyat şəraiti, məşğulluğu, problemləri barədə müzakirələr aparıldı.