2 fevral - Azərbaycan Gəncləri günü qeyd olundu
Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov tədbir iştirakçılarını Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etdi və bildirdi ki, “Azərbaycan Gənclər günü” məhz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis edilmişdir. Daha sonra cıxış edənlər rayonun gənclərini “Azərbaycan Gəncləri günü” münasibəti ilə təbrik etdi, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar. Sonda müxtəlif nominasiyalar üzrə, dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə, bir qrup fəal Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanla təltif olundular.