Kəlbəcər rayon İcra hakimiyyəti başçısının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
9 fevral 2018-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətinin AKT zalında “2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi. Yığıncağda İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, RİH başçısı yanında Şuranın üzvləri, rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. İclas acıq elan edildikdən sonra İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov ötən il ərzində görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi.
Çıxışlar dinlənildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov rayon fəalları qarşısında çıxış edərək öz tövsiyyə və tapşırıqlarını verdi.
Tədbirdə rayonun bir qrup qabaqcılına hədiyyələr və Yeni Azərbaycan Partiyası sıralarına qəbul olan gəncələrə YAP vəsiqələri təqdim edildi.
Sonda hesabat yığıncağı iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti Zati – aliləri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.