Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

17 fevral 2018 | 16:00

17-18 fevral tarixlərində Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən 1500 ailəlik məcburi köçkün qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
   Satış yarmarkası ilə tanışlıq zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə alıcılar arasında əlaqə yaratmaq, eyni zamanda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarının artırmaq və bazarlarda süni qiymət artımının qarşısını almaq olduğunu bildirib.
    Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.
     Satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam etdiriləcəkdir.

Keçidlər