Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşları qəbul edib

02 mart 2018 | 16:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova mart ayının 2-də Gəncə şəhərində yerləşən, məcburi köçkünlər üçün salınmış 1500 ailəlik yeni qəsəbədə vətəndaşları qəbul edib. Kəlbəcər rayon Mədəniyyət sarayında keçirilən qəbulda Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə yanaşı Gəncə, Mingəçevir, Naftalan və Yevlax şəhərlərindən, eləcə də Goranboy, Göygöl, Samux və Xocalı rayonlarından olan vətəndaşların problemləri və müraciətləri komitə sədri tərəfindən dinlənilmişdir. Vətəndaşlar əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, imkansız ailələrin sosial təminatı ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razı qaldıqlarını bildirərək bu cür qəbulların keçirilməsinə görə dövlət başçımız cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər