Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

07 mart 2018 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri və rayonda müxtəlif sahələrdə çalışan qadınlar iştirak etdilər. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ilk öncə 8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibəti ilə tədbirdə iştirak edən qadınları və onların simasında rayonun bütün qadınlarını təbrik edərək onlara xoş arzularını çatdırdı. Rayon rəhbəri  qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda öz işi, bacarığı və qətiyyəti ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərlə sübut edir.
     Eyni zamanda Aqil Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi medalı” ilə təltif edilmiş rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımovanı təbrik edərək medalını şəxsən təqdim etdi. M.Kazımova medalla təltif olunmasının qadınlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edərək, respublikamızın ictimai siyasi həyatında qadınların fəal iştirak etməsinə hər bir imkanın şərait yaradıldığı üçün ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
     Sonda tədbirdə iştirak edən qadınlara gül dəstələri təqdim olundu.

Keçidlər