Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

16 mart 2018 | 16:00

16 mart 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində Kəlbəcər rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
    Tədbirdə rayon İcra hakimiyyətinin başçısının müavinləri, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti  başçısının müavini İkram Salmanov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etdi, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzuladı.      
    Tədbirdə rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilmiş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə, cəngi sədaları altında idmançıların rəngarəng çıxışlarına baxaraq, rayonun milli mətbəx və folklor nümunələri ilə tanış oldular. 
     Meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılandı. Daha sonra Ulu Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etdi.
     Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramları ilə davam etdirildi.

Keçidlər