Kəlbəcər rayon İcra hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrdən Kəlbəcər rayon İcra hakimiyyətində keçirilən müşavirədə geniş söhbət açıldı. Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar və icra hakimiyyəti başçısının yerli nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov 2018-ci ilin birinci rübündə Kəlbəcər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi.