Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

10 may 2018 | 16:00

Tədbir iştirakçıları ilk öncə Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi. Rayon başçısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsində 2-ci yerə layiq görüldüyü üçün Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin XI sinif şagirdi İmanov Ayxan Rafiq oğlunu Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif etdi. 
      Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar. Qeyd etdilər ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində iqtisadiyyatımız dinamik sürətlə inkişaf edir və buna görə Azərbaycan Avropanın önəmli tərəfdaşına çevrilir.
        Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.

Keçidlər