Kəlbəcər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi
Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev, təhsil işçiləri, müəllimlər iştirak etdilər.
Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdir əvəzi Elmira Şükürova 2017-2018-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi. Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev çıxış etdilər. Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayon təhsilinin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıldı.
Sonda 2018-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 36 məzun Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanla təltif edildi və hədiyyələr təqdim olundu.