Müstəqillik dövründə Azərbaycan Respublikası Prokurorluğunun ölkənin ictimai-siyasi həyatında rolu mövzusunda seminar keçirildi
Gəncə şəhəri Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayının AKT zalında Müstəqillik dövrümüzdə Azərbaycan Prokurorluq orqanlarının fəaliyyəti mövzusunda dəyirmi masa arxasında seminar keçirildi. Seminarda Rayon prokuroru Rasim Musayev, rayon polis şöbəsinin rəisi Haxverdi Əkbərov, rayon İcra Hakimiyyətinin işçiləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etdilər. Tədbiri Kəlbəcər rayon Prokuroru Rasim Musayev açaraq Azərbaycan Respublikasında prokurorluq orqanlarının rolundan, tarixindən, bu günündən, ulu öndər Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin prokurorluq orqanlarına qayğısı haqqında geniş nitq söyləmişdir. Daha sonra məruzə ətrafında çıxış edənlər ölkəmizdə əmin-amanlığın qorunmasında Prokurorluq orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.