Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunun 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

17 oktyabr 2018 | 16:00

2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın geniş iclası keçirildi. İslasda Şura  üzvləri, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər. Hesabat məruzəsi ilə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov əvvəlcə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr barədə danışaraq, daha sonra ötən 9 ay ərzində rayonda görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verdi. Sonra məruzə ətrafında çıxışlar dinlənildi, cari və həlli vacib olan məsələlər müzakirə edildi.  İclasın sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov qarşıda duran vəzifələrlə yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Keçidlər