Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirildi.

18 oktyabr 2018 | 16:00

18 oktyabr 2018-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətində Azərbaycanın Dövlət Müstəqiliyinin bərpasının 27-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov tədbir iştirakçılarını Müstəqillik günü münasibətilə təbrik etdi. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salaraq bu müstəqiliyinin əldə edilməsində və qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin son 15 il ərzindəki fəaliyyəti dövründə görülən işlər barədə ətraflı danışdı. Sonra rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə  və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinini müdiri Mahir Muxtarov məruzə ilə çıxış edərək, Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi və sivil bir dövlət bəxş etdiyini və əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin  böyük səyləri nəticəsində dövlətimizin daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyini bildirdi.

Keçidlər