Kəlbəcər rayon İcra Hakimiyyətində Bayraq Günü qeyd olundu.
08 noyabr 2018 | 16:00
08 noyabr 2018-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində Bayraq günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə RİH Başçısı Aqil Məmmədov, aparatın məsul işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bayram günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Daha sonra Bayraq Günü haqqında ətraflı məlumat verərək bildirdi ki, Ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq günü rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Digər çıxış edənlər rayon ictimaiyyətini “Bayraq Günü” münasibəti ilə təbrik edərək, tezliklə bayrağımızın işğal olunmuş torpaqlarımızda dalğalanacağını bildirdilər.