Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral–Azərbaycan Gəncləri günü” münasibətilə rayon gənclərinin iştirakı ilə tədbir keçirildi.

02 fevral 2026 | 15:40
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid övladları, Vətən müharibəsi iştirakçıları, rayonda müxtəlif sahələrdə fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, öz ehtiramlarını bildiriblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gənclər gününə həsr olunmuş video-çarx nümayiş etdirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, Vətən müharibəsi iştirakçısı Əliş Əhmədzadə, Kəlbəcər rayon 5 nömrəli tam orta məktəbin müəllimi Aliyə Hüseynzadə çıxış edərək “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə gəncləri təbrik etdi, xalqımızın yaddaşında silinməz izlər buraxan Heydər Əliyevin tarixi xidmətlərindən, gənclər haqqında verilən fərman və sərəncamlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən gənclərin hər tərəfli inkişafı üçün qəbul etdiyi dövlət proqramlarından, gənclərin təhsildə, elmdə, mədəniyyətdə, səhiyyədə, idmanda əldə etdiyi nailiyyətlərdən, dünya arenasında, beynəlxalq yarışlarda qazandıqları uğurlardan, gənclərin 44 günlük Vətən müharibəsində göstərdiyi mərdlikdən, yenilməzlikdən və qəhrəmanlıqdan geniş məlumat verdi.Eyni zamanda çıxış edən gənclər dövlətin gənclərimizə göstərilən qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Yekun sözlə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə gəncləri təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, gənclərin müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, respublikamızda gənclər və idman siyasətindən, eləcədə gənclərə dövlət qayğısından söz açıb. Rayon rəhbəri gənclərə öz dəyərli tövsiyələrini verib, hər zaman onların yanında olduğunu vurğulayıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, eləcə də elm sahəsində fərqlənən bir qrup fəal gənc Kəlbəcər Rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olub, sonda xatirə şəkili çəkilib.
Keçidlər