20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Yaşasın Azərbaycan” mövzusunda tədbir təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov açıq elan edərək, mövzu ilə bağlı tədbir iştirakçılarına ümumi məlumat verib.
Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Murov Həsənov, sektorun baş məsləhətçisi Hikmət Şahmuradov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Kəlbəcər rayon Komitəsinin sədri Əli Bağırov, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov çıxış edərək Azərbaycanın keçdiyi tarixi proseslərdən, müstəqilliyin əldə edilməsindən, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, konstitusiyanın yaranma tarixindən, Müzəffər Ali Baş Komandanın cəsarətli, müdrik siyasətindən, ordumuzun qəhrəmanlığı sayəsində suverenliyimizin və ərazi bütövlüyünün tam bərpa olunmasından söhbət açdılar və bu istiqamətdə iştirakçılara ətraflı məlumat veriblər.






