20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsi ziyarət edilib.
20 yanvar 2026 | 14:13
Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib. Görüşdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb onların qəhrəmanlıq səlnaməsindən söz açılıbdır. 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildiriblər. 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb.Ziyarətdə vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhidi ailələrinə və əlillərinə dövlət qayğısı artıb, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daima yaxşılaşdırılması istiqamətində addımlar atılıb .Qeyd edilib ki, cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir.Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi və dəmir yumruğu hesabına qazanılmışdır.
Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.






