Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Lənkəran – Astara – Masallı bölgələrinə yola salındı

18 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Kəlbəcər rayonundan olan IX-XI sinif şagirdləri noyabrın 18-də Lənkəran-Astara-Masallı bölgələrinə yola salındı. Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında keçirilən yolasalma mərasimində Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edənlər bu tur aksiyasının məktəblilərin ölkəmiz haqqında təsəvvürünün, dünyagörüşünün və biliklərinin artmasında əvəzsiz rol oynadığını vurğulayaraq məktəblilərə tur-aksiya zamanı aktiv olmaları, asudə vaxtlarından səmərəli istifadə etmələrini bildirdilər və məktəblilərə səfərlərində uğurlar arzuladılar.Tədbirin sonunda səfərə çıxan məktəblilər müsiqi sədaları altında Lənkəran şəhərinə yola düşdülər.

Keçidlər