2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş leytinant Şirinov Ömər Muğan oğlunun məzarı ziyarət edilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Murov Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərov, Çaykənd kənd inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları və şəhid ailələri iştirak edib.Şəhidlərimizin ruhuna dualar oxunub, Şanlı Zəfər tariximizdən bəhs edilib, qəhrəman şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Goranboy rayon Zeyvə kənd qəbristanlığında dəfn edilən digər şəhid məzarlarıda ziyarət edilərək, ruhlarına dular oxunub, şəhidlərimizin heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, şəhid leytenant Şirinov Ömər Muğan oğlu 20 sentyabr 1999-cu ildə Goranboy rayonunun Aşağı Ağcakənd kəndində anadan olub. 2005-ci ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə daxil olmuş və 2021-ci ildə həmin Universiteti bitirərərk Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətin 9-cu ayında zabit kurslarına yazılmış və Leytenant hərbi rütbəsi almışdır.
Silahlı Qüvvələrin zabiti olan Ömər Şirinov 2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. 14 Sentyabr 2022-ci ildə Goranboy rayon, Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






