Şəhid Kərimov Ülfət Ələkbər oğlunun keçdiyi döyüş yolunun və vətənə olan sevgisinin gənc nəslə örnək olunması barədə tədbir keçirildi.
Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi Kəlbəcər rayon bölməsinin, Kəlbəcər rayon Təhsil şöbəsinin, Kəlbəcər rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Respublikasının Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Komitəsinin Kəlbəcər rayon bölməsinin təşəbbüsü ilə Gəncə şəhəri, 1500 ailəlik məcburi köçkün qəsəbəsində yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş, tanınmış döyüşçü Ülfət Kərimovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayonun idarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksinin önünə tər cicəklər qoydular. Mədəniyyət sarayında davam etdirilən tədbirdə şəhid Ülfət Kərimova həsr olunmuş videoçarx nümayiş etdirildi. Çıxış edənlər Ülfət Kərimovun mənalı həyat və döyüş yolundan danışıb, öz təəssüratlarının qeyd edərək, işğal altında olan torpaqları azad etmək üçün hər an Möhtərəm prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduqlarını bildirdilər. Sonda çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov Kəlbəcər rayonunun müdafiəsi zamanı döyüşlərdə qəhrəmanlıq göstərən, vətən övladlarının şücaətindən, onların vətənə olan sevgilərinin gənc nəslə örnək olaraq çatdırılmasını qeyd etdi.