Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində “2 fevral - Gənclər günü” münasibəti ilə tədbir keçirildi.

01 fevral 2019 | 16:00

04 fevral 2019-cı il tarixdə  “2 fevral-Gənclər günü”  münasibəti  ilə  Rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov “2 fevral-Gənclər günü”   münasibəti ilə bütün gəncləri təbrik edərək  “Azərbaycan gəncliyi  2017-2021-ci illərdə” Dövlət Proqramı, ölkədə gənclər və idman siyasətinin uğurla həyata keçirilməsindən, dövlətimiz və cənab Prezidentimizin gənclərə diqqət və qayğısından danışdı. Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov  “2 fevral-Gənclər günü”  münasibəti ilə bütün gəncləri təbrik edərək ötən il ərzində gənclərlə iş və idman  siyasəti ilə bağlı həyata keçirilən işlər haqqında geniş məruzə ilə çıxış etdi. 
     Sonda rayon və ölkənin ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən gənclər Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov  tərəfindən hədiyyələrlə  mükafatlandırıldılar.

 

Keçidlər