Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilən tədbir keçirildi.

26 fevral 2019 | 16:00

26 fevral 2019-ci tarixdə saat 11:30-da Kəlbəcər rayon İcra Hakimiyyətində  "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları  Xocalı sakinləri ilə birgə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksinin önünə tər qərənfillər qoydular.  Sonra tədbirin rəsmi hissəsində  respublikamızın ərazi bütövlüyü uğrunda  və Xocalı hadisələrində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı  Aqil Məmmədov  çıxış edərək bildirdi ki,  Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Natiq qeyd etdi ki, 27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər. Digər çıxış edənlər Xocalı hadisəsini erməni-rus hərbi birləşmələrinin dinc xalqa, azərbaycanlılara  qarşı törədilmiş  soyqırımı kimi qiymətləndirdirərək, Azərbaycanın işğal altındakı ərazilərinin tezliklə azad olunacağına inamlarını ifadə etdilər.

Keçidlər