Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Qəbələ-Şəki-Zaqatala bölgələrinə yola salındı.

15 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Kəlbəcər rayonundan olan IX-XI sinif şagirdləri martın 15-də Qəbələ-Şəki-Zaqatala bölgələrinə yola salındı. Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında keçirilən yolasalma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, aparatın məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin rayon icra Hakimiyyətinin inzibati binasında ucaldılmış büstü və 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildirdilər.
    Tədbirdə çıxış edən rayon rəhbəri  bu tur aksiyasının məktəblilərin ölkəmiz haqqında təsəvvürünün, dünyagörüşünün və biliklərinin artmasında əvəzsiz rol oynadığını vurğulayaraq məktəblilərə tur-aksiya zamanı aktiv olmaları, asudə vaxtlarından səmərəli istifadə etmələri barədə tapşırıqlarını verdi və onlara səfərlərində uğurlar arzuladı.  Tədbirin sonunda səfərə çıxan məktəblilər müsiqi sədaları altında Qəbələ-Şəki-Zaqatala bölgələrinə yola salındılar.

Keçidlər