Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində, möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirildi.
19 mart 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin nümayəndəsi Sənan Hüseynov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etdi, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzuladı.
Tədbirdə rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilmiş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə, cəngi sədaları altında idmançıların rəngarəng çıxışlarına baxaraq, rayonun milli mətbəx və folklor nümunələri ilə tanış oldular. Meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılandı. Daha sonra bayram tədbiri tanınmış incəsənət xadimlərinin konsert proqramları ilə davam etdirildi.