Azərbaycan Respublikasının 10 milyonuncu sakininin doğulması münasibəti ilə geniş bayram tədbiri keçirildi.
07 aprel 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkənin 10 milyonuncu sakininin doğulması münasibəti ilə geniş bayram tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon İctimaiyyəti iştirak etdi. Bu münasibətlə rayon Mədəniyyət sarayının ərazisində ağacəkmə aksiyası keçirildi. Tədbirdə çıxış edənlər xalqımızı səmimi qəlbdən təbrik edərək, 10 milyonuncu vətəndaşımızın valideyinlərinə göz aydınlığı verdilər.
Daha sonra tədbir Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin kollektivinin iştirakı ilə konsert proqramı keçirildi. Tədbir atəşfəşanlıqla başa çatdı.