YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin V Konfransı keçirildi.
Kəlbəcər rayon İcra hakimiyyətində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirildi. Tədbir iştirakçıları əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etdilər. Konfransı giriş sözü ilə YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından, YAP Gənclər Birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışdı. Tədbirdə iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov çıxış edərək qeyd etdi ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Sonra hesabat məruzəsi ilə çıxış etmək söz YAP Kəlbəcər rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Hikmət Bağırova verildi.
Sonda tədbir iştiraçıları gizli səsvermə yolu ilə Hikmət Bağırovu YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri seçdi.