Kəlbəcər rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair geniş şura iclası keçirildi.
16 may 2019-cu il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətinin AKT zalında “2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi. Yığıncağda İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, RİH başçısı yanında Şuranın üzvləri, rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. İclasda rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov birinci rüb ərzində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov rayon ictimaiyyəti qarşısında çıxış edərək öz tövsiyyə və tapşırıqlarını verdi.