Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun Zümürxan kəndində müvəqqəti məskunlaşan kəlbəcərli məcburi köçkünlərlə səyyar qəbul - görüş keçirildi.

16 may 2019 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədovun növbəti səyyar qəbul-görüşü Bərdə rayonunun Zümürxan kəndində keçirildi. Səyyari görüşdə İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, rayonun idarə və müsəssisə rəhbərləri və Zümürxan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər iştirak etdilər. Səyyari qəbulda 65 nəfər iştirak etmiş, 8 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir. Qəbulu   giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov açmış və ölkəmizin sosial – iqtisadi vəziyyətinin inkişafı, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsindəki görülən işlərdən və bundan sonra icrası nəzərdə tutulan layihələrdən danışdı. Məcburi köçkünlər tərəfindəın qaldırılmış problemlərin  bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlər ilə bağlı  aidiyyatı  üzrə göstərişlər verilmşidir.

Keçidlər