Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Salmanov İkram İsbi oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur
25 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1284 nömrəli Sərəncamı ilə, “Tərəqqi” medalı ilə təltif olunmuş Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Salmanov İkram İsbi oğluna medalın və vəsiqənin təqdimetmə mərasimi keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak etmişlər. Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov tədbiri giriş sözü ilə açaraq göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən İkram Salmanov da öz növbəsində Ölkə başçısına minnətdarlığını ifadə edərək ona göstərilən etimadı doğruldacağını və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində hər bir dövlət qulluqçusunun əzmlə çalışmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.